...

Türkiyədə məhkumları daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var

Hadisə Materials 5 Mart 2013 10:29 (UTC +04:00)
Türkiyədə məhkumları daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var.
Türkiyədə məhkumları daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Sivas vilayətində məhkumları daşıyan avtobus qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Haber Türk" qəzeti məlumat verib.

İlkin məlumata görə, qəza nəticəsində 28 nəfər ağır yaralanıb. Qəzada yaralanan məhkumlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti