...

Bakıda polisə xəsarət yetirilib

Hadisə Materials 7 Mart 2013 17:51 (UTC +04:00)
Trend Bakı şəhər prokurorluğuna istinadən xəbər verir ki, martın 6-da saat 18:30 radələrində Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Fatma" aptekinin qarşısında Fərid Səlimov sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozmaqla həmin ərazidə ictimai asayişin qorunması üzrə xidməti vəzifəsini yerinə yetirən Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Arzu Kalbalıyevin qanuni tələblərinə tabe olmaqdan yayınıb.
Bakıda polisə xəsarət yetirilib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İzzət/

Yasamal rayonunda sərxoş vətəndaş polisə zor tətbiq edərək ona xəsarət yetirib.

Trend Bakı şəhər prokurorluğuna istinadən xəbər verir ki, martın 6-da saat 18:30 radələrində Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Fatma" aptekinin qarşısında Fərid Səlimov sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozmaqla həmin ərazidə ictimai asayişin qorunması üzrə xidməti vəzifəsini yerinə yetirən Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Arzu Kalbalıyevin qanuni tələblərinə tabe olmaqdan yayınıb.

Daha sonra o, öz qanunazidd hərəkətlərini davam etdirərək xidməti vəzifələrini yerinə yetirən A.Kalbalıyevə sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə xəsarət yetirib.

Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti