Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/
Göyçayda yanmış evdən qadın meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan 2 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsində döşəmə 2 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibəsi 1928-ci il təvəllüdlü Nuriyeva Tavat Hüseynalı qızının meyiti aşkar olunub.
Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.