Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/
Bakıda vətəndaşın bank hesabından internet vasitəsi ilə oğurluq etmiş şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini fevralın 8-dən mart ayının 6-dək olan müddət ərzində, Bakı şəhər sakini Nigar Əmirəlizadənin bank hesabından 7678 dollar pulu internet vasitəsi ilə oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakini Nicat Hacıyev tutulub.
Faktla bağlı araşdırma aparılır.