...

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib (FOTO)

Hadisə Materials 15 Mart 2013 14:52 (UTC +04:00)
Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Sabir Tağızadə jurnalistlərə bildirib ki, ilkin ehtimala görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub. Hazırda araşdırmalar aparılır. Konkret olaraq qəzanın səbəbi ekspertizanın rəyindən sonra tam bəlli olacaq. Sürücü avtomobildə tək olub və aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Samux rayonundan Gəncə istiqamətinə hərəkət edən "VAZ- 2102" markalı 20 CL 696 dövlət nömrə nişanlı avtomobil saat 11:00 radələrində "Kəpəz daiəsi" adlanan ərazidə yol ayrıcındakı dairəyə çırpılıb. Nəticədə sürücü - 31 yaşlı Gəncə şəhər sakini Rüfət Rasim oğlu İsmayılov hadisə yerindəcə dünyasını dəyişib. Baş vermiş qəza ilə əlaqədar Gəncə Səhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.

Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Sabir Tağızadə jurnalistlərə bildirib ki, ilkin ehtimala görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub. Hazırda araşdırmalar aparılır. Konkret olaraq qəzanın səbəbi ekspertizanın rəyindən sonra tam bəlli olacaq. Sürücü avtomobildə tək olub və aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti