...

Həbsxanaya inək piyinin içərisində qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı aınıb

Hadisə Materials 27 Mart 2013 12:38 (UTC +04:00)
Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Həbsxanaya inək piyinin içərisində qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı aınıb

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmətin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, martın 26-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1; 234.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 66.3 maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Murad Hamlet oğlu Məmmədovun yanına qisa müddətli görüşə gəlmiş xalası oğlu vətəndaş Elvin Zakir oğlu Tahirovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı kustar üsulla düzəldilmiş 4 litrlik dəmir qabda əridilmiş inək piyinin içərisində yerləşdirilərək gizlədilmiş 2 (iki) ədəd "Nokia" markalı, 1 (bir) ədəd "Alkatel" markalı, 1 (bir) ədəd "Fly" markalı mobil telefon aparatları, 1 (bir) ədəd "Nar" kart və 2 (iki) ədəd mobil telefon aparatları üçün nəzərdə tutulmuş elektrik qidalandırıcılarının başlıqları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti