...

DIN ilahiyyatçının həbsi məsələsinə aydınlıq gətirib

Hadisə Materials 1 Aprel 2013 13:55 (UTC +04:00)
Bakı şəhər sakinlərindən silah-sursat və narkotik vasitə götürülüb.
DIN ilahiyyatçının həbsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakinlərindən silah-sursat və narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki "ABU Petrol" yanacaq doldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Taleh Bağırovdan isə 1,026 qram heroin götürülüb.

Faktla bağlı Məlikov və Bağırov saxlanılıb, hazırda araşdırma aparılır.

Qeyd edək ki, Taleh Bağırov ilahiyyatçı kimi tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti