...

Goranboyda baş verən hadisədə Gürcüstan vətəndaşı ölüb

Hadisə Materials 12 Aprel 2013 13:24 (UTC +04:00)
Goranboy rayonu ərazisində "Mercedes" markalı avtomaşın aşması nəticəsində bir nəfər ölüb.
Goranboyda baş verən hadisədə Gürcüstan vətəndaşı ölüb

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İzzət/

Goranboy rayonu ərazisində "Mercedes" markalı avtomaşın aşması nəticəsində bir nəfər ölüb.

Trend DİN-in yaydığı rəsmi məlumatına istinadən xəbər verir ki, aprelin 12-də saat 01.00 radələrində Goranboy rayonu ərazisində Bakı şəhər sakini Vəfadar Ömərov idarə etdiyi "Mercedes" markalı avtomaşını aşırmışdır.

Nəticədə Ömərovun sərnişini - Gürcüstan vətəndaşı Teymuraz Beridze hadisə yerində ölüb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti