...

Belqorodda silahlı şəxsin açdığı atəş nəticəsində 6 nəfər ölüb, bir nəfər yaralanıb

Hadisə Materials 22 Aprel 2013 18:02 (UTC +04:00)
Rusiyanın Belqorod şəhərində silahlı şəxsin açdığı atəş nəticəsində 6 nəfər ölüb, bir nəfər yaralanıb.
Belqorodda silahlı şəxsin açdığı atəş nəticəsində 6 nəfər ölüb, bir nəfər yaralanıb

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Rusiyanın Belqorod şəhərində silahlı şəxsin açdığı atəş nəticəsində 6 nəfər ölüb, bir nəfər yaralanıb. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə DİN Regional İdarəsinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

Məlumata görə, günorta radələrində bir kişi "Ovçu" mağazasının qarşısında qara rəngli "BMW" markalı avtomobildən enərək küçədəki insanlara, daha sonra mağazadakılara atəş açıb.

"Mağazaya tuşlanan atəş nəticəsində 4 nəfər, küçədə isə iki nəfər ölüb. Daha bir yaralı xəstəxanaya çatdırılıb", - mənbə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti