Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:31-də əlavə olunub)
Azərbaycan, Bakı, 20 may /Trend/
Mahaçqalada törədilən iki partlayış nəticəsində ikisi polis əməkdaşı, biri isə Məhkəmə İcraçıları Xidmətinin əməkdaşı olmaqla üç nəfər ölüb, 10-a yaxın insan xəsarət alıb. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Dağıstan DİN xəbər verib.
Bundan əvvəl RF İstintaq Komitəsindən bildirmişdilər ki, hadisə nəticəsində səkkiz nəfərin öldüyü ehtimal olunur.