Azərbaycan, Bakı, 23 may /Trend/
Türkiyənin Diyarbəkir vilayətində külli miqdarda narkotik maddə aşkarlanıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Diyarbəkir valisi Mustafa Toprak Lice, Kocaköy və Hazro rayonlarında 31 ərazidə aparılan əməliyyatlar nəticəsində ümumi çəkisi 3 ton 45 kiloqram olan marixuana aşkar edildiyini bildirib.