...

Bağlı qapı arxasında qalmış şəxs yatmış vəziyyətdə aşkar olunub

Hadisə Materials 28 May 2013 05:37 (UTC +04:00)
Bağlı qapı arxasında qalmış şəxs yatmış aşkar olunub. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.
Bağlı qapı arxasında qalmış şəxs yatmış vəziyyətdə aşkar olunub

Azərbaycan, Bakı, 28 may /Trend/

Bağlı qapı arxasında qalmış şəxs yatmış aşkar olunub. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən həmin mənzilə giriş qapısını açaraq daxil olublar.

Xilasedicilər mənzilə baxış keçirərkən yatmış vəziyyətdə aşkar edilən vətəndaşı aidiyyətı üzrə təhvil verilməsini təmin ediblər.

Əməliyyat saat 03:03-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti