...

Dövlət Departamenti: Venesuelada yaralanmış səfirlik əməkdaşlarının vəziyyəti yaxşıdır

Hadisə Materials 29 May 2013 02:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

Venesuelada ABŞ səfirliyinin əməkdaşlarının aldığı xəsarət həyat üçün təhlükəli deyil. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Patrik Ventrel deyib.

O qeyd edib ki, bu hadisə səfirliyin ərazisində deyil, kənarda baş verib: "Hazırda təfərrüatlar aydınlaşdırılır".

Onun sözlərinə görə, ABŞ hökuməti yerli hüquq mühafizə orqanları ilə əlaqə saxlayır.

Dövlət Departamentinin nümayəndəsi iş üzrə saxlanılan şəxslərin olub-olmadığını dəqiqləşdirməyib.

Yerli KİV-in məlumatına görə, ABŞ səfirliyinin əməkdaşlarına çərşənbə axşamı gecə Karakasın ticarət mərkəzlərindən birində odlu silahdan atəş açılıb. Dəbdəbəli ticarət mərkəzində yerləşən mağazalardan birində amerikalılarla müştəri arasında mübahisə yaranıb. Nəticədə onların rəqibi tapançaya əl ataraq diplomatik missiyanın əməkdaşlarına atəş açıb. Hər iki diplomat qarın nahiyəsindən, həmçinin onlardan biri ayağından güllə yarası alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti