Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/
Naməlum avtomobilin Cavanşir körpüsünə çırpılması nəticəsində bir ədəd işıq dirəyi, məhəccərlər sıradan çıxıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yol-nəqliyyat hadisəsini törədən şəxs hadisə yerini tərk etdiyi üçün onun kimliyini hələlik müəyyən etmək mümkün olmayıb.
Qeyd edək ki, körpü yaxın günlərdə əsaslı təmir edilib.