...

İstanbulun Taksim meydanında etiraz aksiyası zamanı 12 nəfər yaralanıb, 63 nəfər saxlanılıb

Hadisə Materials 31 May 2013 22:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

İstanbulun Gezi (Gəzinti) parkında xeyli sayda ağacın kəsilməsi və ticarət mərkəzinin tikintisinə etiraz əlaməti olaraq Taksim meydanında aksiya keçirilib.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

İstanbul valisi Hüseyn Avni Mutlu hadisə nəticəsində 12 nəfərin yaralandığını, 63 nəfərin saxlandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti