...

Bakıda mənzildə yanğın olub

Hadisə Materials 1 İyun 2013 02:15 (UTC +04:00)
Trend-in FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan üçotaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu və 1,5 kv.m sahədə ev əşyaları yanıb.
Bakıda mənzildə yanğın olub

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Bakıda mənzildə yanğın baş verib.

Trend-in FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan üçotaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu və 1,5 kv.m sahədə ev əşyaları yanıb.

Mənzil yanğından mühafizə olunub.

Cəlilabad şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Sumqayıt şəhərində, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin oturacaqları və salon hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın hər üç halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti