...

Oklahoma ştatında güclü qasırğa nəticəsində 12 mindən çox ev işıqsız qalıb

Hadisə Materials 1 İyun 2013 06:43 (UTC +04:00)
ABŞ-ın Oklahoma ştatında güclü qasırğa nəticəsində 12 mindən çox ev işıqsız qalıb.
Oklahoma ştatında güclü qasırğa nəticəsində 12 mindən çox ev işıqsız qalıb

Azərbaycan, Bakı, 1 iyun /Trend/

ABŞ-ın Oklahoma ştatında güclü qasırğa nəticəsində 12 mindən çox ev işıqsız qalıb. Trend-in məlumatına görə, bu barədə CNN telekanalı xəbər verir.

Qasırğanın ziyan vurduğu şəhərlərdən biri də ştatın inzibati mərkəzi Oklahoma-Siti olub. Şəhərdəki beynəlxalq aeroportdan təxliyyə işlərinə başlanıb.

Yerli KİV dağıntılar və xəsarət alanlar barədə məlumat verir. Daha dəqiq məlumatlar isə hələ daxil olmayıb.

Qeyd edək ki, ötən həftə güclü qasırğa nəticəsində Oklahoma ştatının Mur şəhərində 24 nəfər həlak olmuş, mindən çox ev ziyan görmüş və ya dağılmışdı.

Xəbər lenti

Xəbər lenti