...

Türkiyənin Hatay vilayətində etiraz aksiyaları zamanı bir nəfər ölüb

Hadisə Materials 4 İyun 2013 09:27 (UTC +04:00)
Türkiyənin Hatay vilayətində etiraz aksiyaları zamanı bir nəfər ölüb.
Türkiyənin Hatay vilayətində etiraz aksiyaları zamanı bir nəfər ölüb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir R.Hafizoglu/

Türkiyənin Hatay vilayətində Taksim hadisələrinə dəstək aksiyası zamanı naməlum şəxslərin açdığı atəç nəticəsində bir nəfər ölüb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verib.

Hatay valisi Mehmet Cəlaləddinin veridyi açıqlamada faktla bağlı araşdırma aparıldığı bildirilib.

Türkiyənin müxtəlif şəhərlərində İstanbulun Taksim meydanında Gezi parkındakı nümayişçilərə dəstək aksiyaları keçirilir. Türkiyə KİV-in məlumatına görə, hazırda Taksim meydanındakı Gezi parkında gərginlik davam edir.

Türkiyədə Taksim Gezi parkı ilə bağlı baş verən hadisələr zamanı təhlükəsizlik qüvvələrinin 115 əməkdaşı yaralanıb, xəsarət alan 58 vətəndaşa da xəstəxanalarda tibbi yardım göstərilir.

İstanbul 6-cı İnzibati Məhkəməsi Taksim meydanında "Topçu Kışlası" ticarət mərkəzinin tikintisinin dayandırılması barədə qərar qəbul edib.

İyunun 1-də səhər saatlarında Türkiyənin İzmit vilayətində bir qrup nümayişçi ölkənin hakim partiyasının binasını ələ keçirməyə cəhd edib. Lakin polisin müdaxiləsindən sonra nümayiş dağıdılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti