...

Tovuzda üç avtomobil toqquşub, ölən var

Hadisə Materials 23 İyun 2013 04:28 (UTC +04:00)
Tovuz rayonu, Qovlar kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Tovuzda üç avtomobil toqquşub, ölən var

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Tovuz rayonu, Qovlar kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, sahibləri məlum olmayan "VAZ" markalı minik avtomobili, "Qazel" markalı mikroavtobus və "Hyundai" markalı yük avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Yanğın nəticəsində hər üç avtomobilərin yanar hissələri yanıb.

Qəza zamanı şəxsiyyəti məlum olmayan 6 nəfərin yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobillərdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti