Azərbaycan, Bakı, 1 iyul /Trend/
Göyərtəsində azərbaycanlı jurnalistlərin də olduğu "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.
Hazırda təyyarə texniki baxışdan keçirilir. Bu barədə bazar ertəsi Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Bakıdan Antalyaya istiqamət alan təyyarə havada bir saata yaxın dövrə vurduqdan sonra yenidən hava limanına qayıdıb. İlkin məlumata görə, təyyarənin qapısının normal bağlanmaması səbəbindən salonun hermetikliyi pozulub.
Hazırda təyyarə uçuşa hazırlanır.