Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İzzət/
Sumqayıt şəhər sakini dənizdə çimərkən batıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 8-də Sumqayıt şəhər sakini Qurbanəli Məmmədov dənizdə çimərkən batıb.
Hələlik Məmmədovun meyiti tapılmayıb. Hazırda onun meyitinin tapılması istiqamətində tədbirlər görülür.