...

Bakıda dənizdə batmış 18 yaşlı gəncin meyiti tapılıb

Hadisə Materials 20 İyul 2013 09:59 (UTC +04:00)
Xəzər rayonunda dənizdə batmış gəncin meyiti çıxarılıb.
Bakıda dənizdə batmış 18 yaşlı gəncin meyiti tapılıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İzzət/

Xəzər rayonunda dənizdə batmış gəncin meyiti çıxarılıb.

Trend Fövqəladə Hallar Nazirlyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 19-da Xəzər rayonu, Türkan qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 7 km məsafədə, nəzarətsiz ərazidə) batmış 1995-ci il təvəllüdlü Quliyev Fərid Şakir oğlunun axtarışları başa çatıb.

F.Quliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 50 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti