...

Misirdə qarşıdurmalar davam edir: 4 ölü, 200 yaralı

Hadisə Materials 20 İyul 2013 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Misirin Mənsurə şəhərində Məhəmməd Mursini dəstəkləyən nümayişçilərlə açılan atəş nəticəsində 4 nəfər həlak olub, 200-ə yaxın şəxs isə yaralanıb.

Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir ki, ölən 4 nəfərin qadın, o cümlədən aralarında 13 yaşında bir qız uşağının olduğu bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, nümayişçilərə qarşı həqiqi silahdan atəş açılıb, həmçinin "Molotov kokteyli" atılıb.

Qeyd edək ki, Misirdə devrilmiş Prezident Mursiyə dəstək aksiyaları davam edir.

Xəbər lenti

Xəbər lenti