...

Türkiyədə yenidən meşə yanğınları baş verib

Hadisə Materials 28 İyul 2013 16:07 (UTC +04:00)
Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşə massivi yanır.
Türkiyədə yenidən meşə yanğınları baş verib

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşə massivi yanır.

Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, hava küləkli olduğundan 6 ayrı yerdə baş verən yanğının qarşısını almaq çətinləşib.

Yanğının baş vermə səbəbi hələ məlum deyil.

Hazırda yanğının söndürülməsinə yanğınsöndürən maşınlarla yanaşı, vertolyot və təyyarə də cəlb edilib.

Qeyd edək ki, iyulun 22-də də Bodrumda meşə yanğınları baş vermişdi.

Xəbər lenti

Xəbər lenti