Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İ.İzzət/
Daşkəsən rayon sakininin qayınanası tərəfindən bıçaq xəsarəti yetirilməsi müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 29-da Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsinin ərazisindən qəsəbə sakini Zahir Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.
Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin Zahir Həsənovun qayınanası Elmira Bayramova tərəfindən törədilməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.