...

Bağdad terror aktlarının əsirinə çevrilib: 57 ölü, 150 yaralı

Hadisə Materials 11 Avqust 2013 00:47 (UTC +04:00)
İraqın paytaxtı Bağdadda şənbə günü baş vermiş bir neçə terror aktı nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, ən azı 150 nəfər tibbi yardıma müraciət edib.
Bağdad terror aktlarının əsirinə çevrilib: 57 ölü, 150 yaralı

Azərbaycan, Bakı, 11 avqust /Trend/

İraqın paytaxtı Bağdadda şənbə günü baş vermiş bir neçə terror aktı nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, ən azı 150 nəfər tibbi yardıma müraciət edib. Bu barədə Trend RİA Nocvosti-yə istinadən məlumat verir.

Bundan əvvəl 50 nəfərin öldüyü, 140 nəfərin isə yaralandığı bildirilirdi.

Son məlumatlara görə, şənbə günü Bağdadda 12 avtomobil partladılıb. Terror aktları əsasən ticarət mərkəzlərinə yaxın - əhalinin sıx olduğu yerlərdə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti