...

İranda 4,6 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 11 Avqust 2013 02:13 (UTC +04:00)
Şənbə günü İranın cənub qərbində, atom elektrik stansiyasının yerləşdiyi Buşəhr vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.
İranda 4,6 bal gücündə zəlzələ baş verib

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Şənbə günü İranın cənub qərbində, atom elektrik stansiyasının yerləşdiyi Buşəhr vilayətində 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend IRNA-ya istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoqrafiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 21:35-də, 10 km dərinlikdə qeydə alınıb.

İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti