...

Türkiyədə kimya zavodunda güclü partlayış baş verib, ölən və xəsarət alan var

Hadisə Materials 12 Avqust 2013 10:05 (UTC +04:00)
Türkiyənin Kocaeli vilayətinin Qartəpə rayonu ərazisində yerləşən kimya zavodunda ötən gecə güclü partlayış baş verib.
Türkiyədə kimya zavodunda güclü partlayış baş verib, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 12 avqust / Trend müxbir A.Tağıyeva/

Türkiyənin Kocaeli vilayətinin Qartəpə rayonu ərazisində yerləşən kimya zavodunda ötən gecə güclü partlayış baş verib.

Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir ki, partlayışdan sonra zavodda yanğın başlayıb. Partlayış nəticəsində zavodda bir işçi həlak olub, bir nəfər isə ağır xəsarət alıb.

100 nəfərə yaxın işçi isə zavoddan evakuasiya olunublar.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar və bir neçə saata yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti