...

Qadın avtobus dayanacağında uşaq dünyaya gətirib

Hadisə Materials 16 Avqust 2013 19:46 (UTC +04:00)
Gənc qadın Tbilisinin mərkəzindəki Kolxoz meydanında avtobus dayanacağında uşaq dünyaya gətirib.
Qadın avtobus dayanacağında uşaq dünyaya gətirib

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Gənc qadın Tbilisinin mərkəzindəki Kolxoz meydanında avtobus dayanacağında uşaq dünyaya gətirib. Trend-in məlumatına görə, bu barədə RİA Nıvısti yerli KİV-ə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, 27 yaşlı qadının doğuş sancıları qəflətən başlayıb. Təcili tibbi yardım briqadasının operativ şəkildə hadisə yerinə gəlməsinə baxmayaraq, həkimlər doğuşu yerində qəbul etməli olublar. Bundan sonra qadın klinikaya yerləşdirilib.

Gənc ana və onun yeni doğulmuş qız körpəsinin özlərini yaxşı hiss etdikləri bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti