...

Türkiyəli hakerlər Suriyanın bir sıra dövlət orqanlarının saytlarına hücum ediblər

Hadisə Materials 24 Avqust 2013 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyəli hakerlər Suriya tərəfindən kimyəvi silah tətbiq olunması nəticəsində 600 nəfərdən çox insanın ölümünə cavab olaraq ötən gün Suriyanın "Sana" rəsmi xəbər saytına hücum ediblər. Bu barədə Trend "Sabah" qəzetinə istinadən bildirib.

Bundan əlavə, qəzetin məlumatına görə, türkiyəli hakerlər aralarında Suriyanın avtomobil yollarının nizamlanması, təcili yardımın göstərilməsi müəssisələri olmaqla ölkənin bir sıra dövlət orqanlarının saytlarına da hücum edərək onları sıradan çıxarıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti