Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İzzət/
Sumqayıt şəhər sakininin internet vasitəsilə qanunsuz online qumar oyunları təşkil etməsi müəyyən edilib.
Trend Daxili İşlər Nazirlyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhəri 10-cu mikrorayon Koroğlu prospektində əməliyyat-axtarış tədbirləri keçirilib.
Tədbirlər nəticəsində şəhər sakini Süleyman Həsənovun qanunsuz online qumar oyunları təşkil etməsi müəyyən edilib.
Ora baxış zamanı 11 ədəd kompyuter dəsti, 2 ədəd noutbuk, 913 Azərbaycan manatı və 100 ABŞ dolları aşkar edilərək götürülüb.