...

Ağsuda ev yanıb, xəsarət alan var

Hadisə Materials 2 Sentyabr 2013 22:58 (UTC +04:00)
Ağsuda evdə bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib.
Ağsuda ev yanıb, xəsarət alan var

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Ağsuda evdə bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağsu rayonu, Rəhimağalı kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yanğın zamanı ev sahibinin gəlini əl və üz nahiyəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər çatana kimi yaxınları tərəfindən Ağsu rayon Mərkəzi xəstəxanasına aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti