...

Xaçmazda 60 yaşlı kafe sahibi və 22 yaşlı gənc bıçaqlanıb

Hadisə Materials 12 Sentyabr 2013 07:55 (UTC +04:00)
Trend Regional TV-yə istinadən məlumat verir ki, Xaçmaz şəhərinin dəmir yol vağzalının yaxınlığındakı kafelərin birində bıçaqlanma faktı qeydə alınıb.
Xaçmazda 60 yaşlı kafe sahibi və  22 yaşlı gənc bıçaqlanıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Trend Regional TV-yə istinadən məlumat verir ki, Xaçmaz şəhərinin dəmir yol vağzalının yaxınlığındakı kafelərin birində bıçaqlanma faktı qeydə alınıb. Obyektin sahibi 60 yaşlı Adil Quliyevə baş nayihəsindən 2 bıçaq zərbəsi yetirilib. O, dərhal Xaçmaz MRX-na çatdırılıb.

Tibb müəssisəsinin qəbul şöbəsindən verilən məlumata görə, yaralıya başın ənsə nayihəsinin və boyun hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Adil Quliyevin hansı şəraitdə və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil. Hazırda fakt araşdırılır.

Gecənin digər bir hadisəsi isə Xaçmaz şəhəri Sabir küçəsində baş - verib.

Sabir küçəsi 60 ünvanında yaşayan 22 yaşlı Novruz Ələkbərov bıçaqlanıb. Onun bel və alın nayihəsinə 2 bıçaq zərbəsi vurulub. Yaralı Xaçmaz MRX-nın cərrahiyyə şöbəsində tibbi yardım aldıqdan sonra evə buraxılıb. Xəstənin yaxınları isə, bıçaqlanma faktının olmadığını bildiriblər.

Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisəni törədən şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti