...

Bakıda vətəndaşların evlərindən silsilə oğurluq etmiş şəxs ələ keçib

Hadisə Materials 19 Sentyabr 2013 11:46 (UTC +04:00)
Nəhayət ki, polis Bakıda evlərdən silsilə oğurluq edərək vətəndaşlara külli miqdarda ziyan vurmuş şəxsi ələ keçirə bilib.
Bakıda vətəndaşların evlərindən silsilə oğurluq etmiş şəxs ələ keçib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İzzət/

Nəhayət ki, polis Bakıda evlərdən silsilə oğurluq edərək vətəndaşlara külli miqdarda ziyan vurmuş şəxsi ələ keçirə bilib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Oktaq Mirzəliyev yaxalanıb.

Araşdırma zamanı müəyyən edilib ki, o, 2012-ci il noyabrın 15-də Kürdəxanı qəsəbəsi Rza Cəfərovun evindən açıq qapıdan keçmək yolu ilə 11 manat, mobil telefon, qızıl-zinət əşyaları, bu il yanvarın 5-də Zabrat qəsəbəsində Vüsal Rəsulovun evindən qızıl-zinət əşyaları, fevralın 4-də II Zabrat qəsəbəsində Samirə Hacıyevanın evindən 200 manat, gümüş əşyalar, martın 3-də Pirşağı qəsəbəsində Efida Bəşirovanın evindən qapını sındırma yolu ilə su mühərriki, ev əşyaları, mayın 8-də I Zabrat qəsəbəsində Alı Gövalovun evindən 4 min manat, 2500 ABŞ dolları, Pirşağı qəsəbəsində Mehriban Hacıyevanın evindən 254 manat, avqustun 23-nə keçən gecə Zabrat qəsəbəsində Sona Zeynalovanın evindən pul və qızıl-zinət əşyaları oğurlayıb.

Faktla bağlı cinayət işi açılıb, Oktay Mirzəliyevin digər oğurluq və qarət hadisələrində iştirak edib-etmədiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti