Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend Regional TV-yə istinadən xəbər verir ki, Xaçmaz şəhəri, Süleyman Rəhimov küçəsi, ev 3 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Hacıyev Səhman Həbibulla oğlu müxtəlif travmalarla Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Yaralıya qapalı kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu qoyulub.
Travmatologiya şöbəsinə yerləşdirən xəstənin vəziyyətinin ağır-stabil olduğu bildirilir.
Xaçmaz Rayon Polis Şöbəsinin növbətçi hissəsindən faktla bağlı ətraflı məlumat verilməyib. Yalnız bildirildi ki, Səhman Hacıyev "Kamaz" markalı yük maşını tərəfindən vurulub və hazırda faktla bağlı araşdırma aparılır.