...

Qasırğa Hindistanı cənginə alıb: 5 nəfər ölüb, 500 min nəfər təxliyyə olunub

Hadisə Materials 13 Oktyabr 2013 06:43 (UTC +04:00)
Hindistanı cənginə alan "Faylin" qasırğası nəticəsində ən azı 5 nəfər ölüb.
Qasırğa Hindistanı cənginə alıb: 5 nəfər ölüb, 500 min nəfər təxliyyə olunub

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Hindistanı cənginə alan "Faylin" qasırğası nəticəsində ən azı 5 nəfər ölüb.

Trend BBC-yə istinadən xəbər verir ki, ölkədə arıtq 500 min nəfər sahilyanı rayonlardan təhlükəsiz yerlərə təxliyyə olunub.

Yerli meteorologiya departamentinin məlumatına görə, küləyin sürəti 200 km/s-yə çatır. Qonoluluda ABŞ HDQ-nin Fırtınaların xəbərdar edilməsi üzrə Ekspertlər Mərkəzi küləyin sürətinin 315 km/s-dək arta biləcəyini qeyd edir.

London Tropik qasırğaların tədqiqi Mərkəzinin təsnifatına görə, "Faylin" yüksək - 5-ci kateqoriyaya aid edilir.

Qasırğa özü ilə leysan və üç metrlik dalğalar gətirir. Tufan ağacları və evlərin dam örtüklərini qoparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti