...

Mingəçevirdə münaqişə ailəni xəstəxanalıq etdi

Hadisə Materials 15 Oktyabr 2013 12:59 (UTC +04:00)
Elşən Mahmudov sol kürək nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Mingəçevirdə münaqişə ailəni xəstəxanalıq etdi

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Mingəçevirdə Nəcəf Bəy Vəzirov küçəsinin yaxınlığında bıçaqlanma hadisəsi qeydə alınıb. Trend Kanal S-ə istinadən xəvər verir ki, məlumata görə, Mingəçevir şəhərində "Yeni həyat" qəsəbəsində məskunlaşan məcburi köçkün, Ağdam rayon sakini, 1996-cı il təvəllüdlü Quliyev Elsevər Elçin oğlu ailə münaqişəsi zəminində yeznəsi, 1989-cu il təvəllüdlü Elşən Mahir oğlu Mahmudovu kürəyindən bıçaqlayıb.

Elşən Mahmudov sol kürək nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Mingəçevir Şəhər Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Quliyev saxlanılıb. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226.1 maddəsi ilə cinayət işi açılıb.

Hadisədən az sonra Mingəçevir şəhər Nəcəf Bəy Vəzirov küçəsi, ev 14, mənzil 9-da daha bir hadisə qeydə alınıb. Elsevərin bacısı, bıçaqlanan Elşən Mahir oğlu Mahmudovun həyat yoldaşı 1988-ci il təvəllüdlü Quliyeva Ayşən Elçin qızı yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. Hadisə nəticəsində Ayşən Quliyeva kəllə-beyin travması ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti