Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
ABŞ-ın Nevada ştatındakı məktəblərindən birində baş vermiş silahlı qarşıdurmada 1 nəfər ölüb, 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, atışmanın səbəbkarı da ölüb.
Məlumata görə, yaralanmış 2 nəfər məktəblidir.
Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq, şəhərdəki digər iki məktəbin şagirdləri köçürülüb.