...

Pskovda rus hərbçilərin ölümünə döyüş sursatının partlaması səbəb olub

Hadisə Materials 23 Oktyabr 2013 00:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Rusiya Hərbi Desant Qüvvələrinin (HDQ) hərbi qulluqçuları Pskov vilayətindəki poliqonda artilleriya döyüş sursatının partlaması nəticəsində həlak olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə RF Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Nazirlikdən deyiblər ki, ilkin məlumata görə, hərbi qulluqçuların ölümünə Pskov vilayətinin Struqi Krasnıye yaşayış məntəqəsinin yaxınlığında yerləşən 714-cü poliqonda hərbi sursatın partlaması səbəb olub.

Hadisə nəticəsində 6 hərbçi ölüb, iki kursant yüngül xəsarət alıb.

Qeyd edək ki, hadisə hərbi qulluqçular təlim atəşindən qayıdarkən baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti