...

Sumqayıtda yanğın zamanı ev quşları boğulub öldü

Hadisə Materials 4 Noyabr 2013 18:25 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 500 kv.m olan yardımçı tikilinin (əsas divarları daş, damı taxta atmalar, üst örtüyü şifer) dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.
Sumqayıtda yanğın zamanı ev quşları boğulub öldü

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 500 kv.m olan yardımçı tikilinin (əsas divarları daş, damı taxta atmalar, üst örtüyü şifer) dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Yanğın zamanı sayı məlum olmayan ev quşu tüstüdən boğularaq tələf olub.

Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti