...

Bakıda yaşayış evində partlayış olub, xəsarət alan var

Hadisə Materials 12 Noyabr 2013 12:49 (UTC +04:00)
Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti almış G.Murğuzova xəstəxanaya yerləşdirilib.
Bakıda yaşayış evində partlayış olub, xəsarət alan var

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Bakıda yaşayış evində partlayış olub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 11-də saat 11.30 radələrində Sabunçu rayonu P.Məmmədov küçəsində yaşayan Gilər Murğuzova evində qaz sobası ilə ehtiyatsız davrandığından yanğına keçən ani partlayış baş verib.

Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti almış G.Murğuzova xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti