...

Məhkuma "yeni üsul"la mobil telefon ötürmək cəhdi baş tutmadı (FOTO)

Hadisə Materials 14 Noyabr 2013 19:35 (UTC +04:00)
Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkuma "yeni üsul"la mobil telefon ötürmək cəhdi baş tutmadı (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Sirus Mövsüm oğlu Bağıriyə yaxın qohumu İslam Vidadi oğlu Səmədovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı üz qırxmaq üçün nəzərdə tutulmuş "Gilette Mach 3" gel qabının içərisində gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti