...

Bakıda silsilə oğurluqlar etmiş şəxs tutulub

Hadisə Materials 21 Noyabr 2013 10:15 (UTC +04:00)
Paytaxtda silsilə oğurluqlar etmiş Bakı sakini saxlanılıb.
Bakıda silsilə oğurluqlar etmiş şəxs tutulub

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İzzət/

Paytaxtda silsilə oğurluqlar etmiş Bakı sakini saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 16-da Şamil Əzizbəyov küçəsində yerləşən, Bakı şəhər sakini Fərhad Xudaverdiyevə məxsus mağazadan, qapını sındırma yolu ilə 261 manat oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi və Post-Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Əli Əliyev tutulub.

Araşdırmalar zamanı məlum olub ki, o, noyabrın 18-də Mərdanov Qardaşları küçəsində yerləşən, Qaragöz İsgəndərovaya məxsus kafedən 200 manat, Oqtay Məmmədova məxsus mağazadan, qapını sındırma yolu ilə 264 manat dəyərində yağ oğurlayıb, həmin küçədə yerləşən Svetlana Qəmbərovaya məxsus aptekdən və Etibar Nuriyevə məxsus bərbərxanadan isə qapını sındırma yolu ilə oğurluğa cəhd edib.

Ə.Əliyev bundan başqa, noyabrın 17-si saat 18:00 radələrində Cavadxan küşəsində yerləşən kafedə Abşeron rayon sakini Zamiq Lələyevin mobil telefonunu masanın üzərindən oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti