Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir R.Hafizoğlu/
Ankarada zərərsizləşdirilən şəxs terrorçu-intiharçı olmayıb. Trend-in "TRT Türk" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Müəmmər Gülər deyib.
Onun sözlərinə görə, saxlanılan Türkiyə vətəndaşı Toğrul Bayır ruhi xəstəlikdən əziyyət çəkir.
M.Gülər bildirib ki, T.Bayır Ankara polisinə zəng edərək Nazirlər Kabinetinin binasını partlatmaq niyyətində olduğunu deyib.
Qeyd edək ki, bu gün Türkiyə Nazirlər Kabinetinin binasını partlatmağa cəhd edən kamikadze zərərsizləşdirilib. Telekanalın məlumatına görə, kamikadze polis tərəfindən zərərsizləşdirilib. Onun üzərində "şəhid kəməri" aşkar edilərək götürülüb.