...

Bakı və Sumqayıt sakinlərinin qanunsuz qumar oyunları təşkil etməsi müəyyən olunub

Hadisə Materials 24 Dekabr 2013 13:17 (UTC +04:00)
Bakı və Sumqayıt sakinlərinin idman mərc və “on-line” sistemi ilə qumar oyunları təşkil etməsi müəyyən olunub
Bakı və Sumqayıt sakinlərinin qanunsuz qumar oyunları təşkil etməsi müəyyən olunub

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Bakı və Sumqayıt sakinlərinin idman mərc və "on-line" sistemi ilə qumar oyunları təşkil etməsi müəyyən olunub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri C.Naxçıvanski küçəsi, ev 49-da paytaxt sakini Aslan Hüseynzadənin "AZBET" adlı idman mərc və "on-line" sistemi ilə qumar oyunları təşkil etməsi müəyyən edilib.

Baxış zamanı oradan 1200 manat dəyərində 99 ədəd "AZBET" sözü yazılmış və müştərilər tərəfindən alınmış kupon qəbzlərinin kötükləri, 2 ədəd kompyuter, 2 ədəd printer, 2 ədəd barkod qurğusu, müştərilərdən qanunsuz idman mərc qumar oyunlarının kuponları üçün alınmış pul və digər ləvazımatlar aşkar edilərək götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 19 "B"-də şəhər sakini Səbuhi Nəsirovun "Mançester" adlı idman mərc və "on-line" sistemi ilə qumar oyunları təşkil etməsi müəyyən edilib.

Baxış zamanı oradan 374 manat dəyərində 64 ədəd "Mançester" sözü yazılmış və müştərilər tərəfindən alınmış kupon qəbzlərinin kötükləri, 2 ədəd kompyuter, 2 ədəd monitor, müştərilərdən qanunsuz idman mərc qumar oyunlarının kuponları üçün alınmış pul və digər ləvazımatlar aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti