...

Balaxanı zibilliyində hərbi sursat tapılıb

Hadisə Materials 9 Yanvar 2014 10:16 (UTC +04:00)
Bakı Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda hərbi sursat tapılıb.
Balaxanı zibilliyində hərbi sursat tapılıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İzzət/

Bakı Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda hərbi sursat tapılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşları yanvarın 8-də Balaxanı qəsəbəsində yerləşən Bakı Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonundan 1 ədəd alışqansız F-1 əl qumbarası, 1 ədəd fişəng və 13 ədəd müxtəlif çaplı patronlar aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti