...

Xaçmazda daha bir bıçaqlanma faktı qeydə alınıb (FOTO)

Hadisə Materials 16 Yanvar 2014 00:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Bu gün axşam saatlarında Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində bıçaqlanma faktı qeydə alınıb.

Trend Regional TV-yə istinadən məlumat verir ki, kənd sakini 1975-ci il təvəllüdlü Tağıyev Telman Ağamirzə oğlu bıçaqlanıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralıya döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xaçmaz rayon Polis Şöbəsinin Növbətçi hissəsindən verilən məlumata görə, hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Hazırda T.Tağıyevi bıçaqlayan şəxsin və yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Xaçmazda daha bir bıçaqlanma faktı yanvarın 14-ü, günorta saatlarında qeydə alınmışdı. Şəhərin N.Nərimanov 70, mənzil 6 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Qayıbxanov Muradxan Qayıbxan oğlu bıçaqlanıb. O, Xaçmaz MRX-nın reanimasiya şöbəsinə yerləşdirilib. Bədəninin müxtəlif nahiyələrinə 3 daxilə nüfuz edən bıçaq xəsarəti yetirilən gəncin vəziyyətinin ağır olduğu bildirilir. M.Qayıbxanov Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdidir. Hadisə də elə o, dərsdən evə qayıdarkən baş verib. Onun kimin tərəfindən və hansı səbəbdən bıçaqlanması hələlik məlum deyil. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti