...

Gəncə-Şəmkir şossesində yol qəzası baş verib

Hadisə Materials 19 Yanvar 2014 14:26 (UTC +04:00)
Yanvarın 19-da Gəncə-Şəmkir şossesinin 1-ci kilometirliyində yol-nəqliyyat hadisəsi baş verib.
Gəncə-Şəmkir şossesində yol qəzası baş verib

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Yanvarın 19-da Gəncə-Şəmkir şossesinin 1-ci kilometirliyində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Qasımov Rəşad Əli oğlunun idarə etdiyi "Mercedes-Benz" yük markalı avtomobil Gəncə şəhərindən Şəmkir istiqamətində hərəkətdə olan zaman qarşı tərəfdən gələn Tağıyev İntizam Nağı oğlunun idarə etdiyi "Vaz 21011" markalı avtomobillə toqquşub.

Toqquşma nəticəsində "Vaz 21011" maralı avtomobildə olan 1972-ci il təvəllüdlü Zeynalov Elçin Kamran oğlu və onun həyat yoldaşı 1974 -cü il təvəllüdlü Zeynalova Laçın Oruc qızı xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının tramvatologiya şöbəsinə aparılıblar.

Müayinədən sonra Zeynalov Elçin Kamran oğlu yuxarı üçdə birinin sınığı diaqnozu ilə xətsəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir. Zeynalova Laçın Oruc qızı isə ambulator müayinədən sonra evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti