Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir R.Hafizoğlu/
Səudiyyə Ərəbistanında "tac" adlandırılan virusun qurbanlarının sayı 59 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ölkənin Səhiyyə Nazirliyinin saytı xəbər yayıb.
Məlumata görə, bu xəstəlikdən son ölüm hadisəsi Ər-Riyadda qeydə alınıb.
Yeni təhlükəli virus ilk dəfə 2012-ci ilin sentyabrında Səudiyyə Ərəbistanında aşkar edilib. Hazırda virusa yoluxma halları Fransa, Almaniya, İordaniya və Böyük Britaniyada qeydə alınıb.
Yoluxanlarda atipik pnevmoniyanı xatırladan simptomlar müşahidə olunur.
İlk dəfə yeni virusun geni Erazm adına Niderland Tibb Mərkəzində kəşf edilib. Orada bu virusa hCoV-EMC (human Corona Virus-Erasmus Medical Centre) indeksi verilib.
Tac viruslar ailəsinə aid olan viruslar (bu ad onlara səthində günəş tacını xatırladan çoxsaylı fırların olmasına görə verilib) soyuqdəymədən atipik pnevmoniyaya (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olurlar.