Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Gəncədə Şəmkir rayon sakini Sevinc Məmmədovaya qarşı zor tətbiq edərək ona məxsus qızıl boyunbağısını alan şəhər sakini Cavid Mayılov saxlanılıb.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsi Nizami RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Mayılovun üzərindən 1,718 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.